Ru
15:50 / 06 Dekabr 2019

Putin Zelenski ilə Parisdə görüşəcək

1624
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.

BakuPost “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, Putin “normand dördlüyü”nün Parisdə keçiriləcək növbəti zirvə görüşünə ciddi əhval-ruhiyyədə gedəcək. O həmçinin, Fransa və Ukrayna Prezidentləri (Emmanuel Makron və Vladimir Zelenski), eləcə də Almaniya kansleri Angela Merkel ilə ayrı-ayrılıqda vacib ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Kreml liderlərin görüşündən Donbassdakı vəziyyəti həll etmək və “Minsk-2”nin eroziyasının qarşısını almaq üçün addımlar gözləyir.

Qeyd edək ki, “Normand formatı” Donbasdakı vəziyyəti həll etmək üçün Almaniya, Rusiya, Fransa və Ukrayna arasında yaradılmış diplomatik qruplaşmadır. Ölkə liderlərinin növbəti danışıqları dekabrın 9-da Parisdə baş tutmalıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər