Ru
14:59 / 25 Aprel 2019

Putin Zelenskinin prezident seçilməsindən danışdı

2269

Rusiya prezidenti Vladimir Putin Ukraynda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib. 

 

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin seçkilərin nəticəsinin keçmiş prezident Poroşenkonun uğursuzluğu olduğunu deyib: "Burada fikir bildirəsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.



Rusiya prezidentinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: "Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.


Xatırladaq ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində Vladimir Zelenski 73,22 faiz səslə qalib olub. Keçmiş prezident Petro Poroşenko isə cəmi 24,45 faiz səs yığıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər