Ru
10:34 / 14 Sentyabr 2020

Qaçaqmalçılıqda təqsirləndirilən dəstənin məhkəməsi başlayır

2492

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirləndirilən şəxslərin cinayət işiü zrə ibtidai istintaq başa çatıb.

“BakuPost” xəbər verir ki, cinayət baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsində təqsirləndirilirlər.

Onlara Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 200-1.2.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər