Ru
21:09 / 30 Sentyabr 2019

Hamiya olar, Qarabağ qazisinə yox... - Qadağan olunmuş ərazidə minlərlə ev necə tikilib? -VİDEO

5155
Bakının Binəqədi rayonunda Qarabağ müharibəsi əlilləri və Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında növbəti dəfə insident baş verib. Bu dəfəki insidentə də Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsində bünovrə işlərinin aparılması səbəb olub.

BakuPost-un Real TV-yə istinadən məlumata görə, insidentdən sonra əlillər Binəqədi-Biləcəri avtomagistral yolunu tam bağladılar.

Yol təxminən yarım saat bağlı qaldı və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının müdaxiləsindən sonra hərəkət bərpa olundu.

Qarabağ müharibəsi əlilləri iddia edirlər ki, tikinti 2-ci qrup Qarabağ əlilinə aiddir və sentyabrın 28-də baş vermiş insident zamanı ona qarşı zorakılıq edilib.

Dövlət Neft Şirkəti isə məlumat yayıb ki, özzlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək onlara hücum çəkiblər. Hadisə zamanı soyuq silahlarla SOCAR-ın üç əməkdaşına xəsarət yetirilib.

Neft Şirkətindən o da bildirildi ki, Şirvan-Böyükşor neft kəməri yüksək təzyiqli kəmərdir və onun yaxınlığında tikinti aparılnması təhlükəlidir.

SOCAR neft kəməri ərazisində aparılan qanunsuz tikililərlə bağlı müvafiq dövlət qurumlarına müraciət edir və hazırdas məhkəmələrdə xeyli belə iş var.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev insidentin baş verdiyi əraziyə gəldi və Qarabağ müharibəsi əlilləri ilə görüşdü. Görüşdən sonra o, REAL-a açıqlamasında bildirdi ki, görüş mehriban şəraitdə keçib və dövlət qurumları araşdırmaları davam etdirir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər