"Qadın din xadimlərinə ehtiyac getdikcə artır" - Komitə sədri

858
 
"Bu gün Azərbaycanda məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Gələcəkdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır. Bu, praktikada hələlik tətbiq olunmur".

BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var: "Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlının sözlərinə görə, xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak və idarə edə bilər: "Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də QMİ tərəfindən müzakirə olunur. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər