Ru
12:53 / 12 Sentyabr 2019

Qadın onu qana bulayan ərini bağışladı

1418

Arvadını bıçaqlamaqda təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


M.Süleymanov özünü təqsirli bildiyini deyib: "Peşmanam. Əsəbi idim, özümdə deyildim".


Zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində zərərçəkmişlə barışdığını, şikayət və tələbinin olmadığını deyib.


Proses sentyabrın 17-də davam etdiriləcək.


Qeyd edək ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.


Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər