Ru
11:13 / 29 Fevral 2020

Qadına qarşı seksual hərəkətlər edən şəxs BƏRAƏT ALDI - MƏHKƏMƏ

1602
Bakıda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuPost xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ç. Məmmədovun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində bəraət hökmü çıxarılıb.


Qərardan narazı qalan zərərçəkmiş şəxs hökmdən apelyasiya şikayəti və prokurorluq isə protest verib.

Qeyd edək ki, Ç. Məmmədov Xətai rayon ərazisində tanış olduğu A.F (şərtdir) qarşı seksual xarakterli hərəkətlər edib. Zərərçəkənin şikayəti üzrə polis əməkdaşları tərəfindən Ç. Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər