Ru
22:38 / 11 Oktyabr 2019

Qadını vuran sürücü hadisə yerindən qaçdı

1638
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

BakuPost-un məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Salyan şossesi 32-də baş verib.

Yolu keçən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aida Rüstəm qızı naməlum avtomobil tərəfindən vurulub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs ərazidən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər