Ru
23:52 / 05 Oktyabr 2019

“Qalatasaray” autsayderə qalib gələ bilməyib

2778
Türkiyə Super Liqasında VII tur davam edir.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, ikinci oyun günündə 3 matç keçirilib.

“Kasımpaşa”nın qonağı olan “Konyaspor” səfərdəki böyükhesablı qələbə ilə 2-ci pilləyə yüksəlib. “Göztəpə” evdə “Kayserispor”u darmadağın edib.

Son çempion “Qalatasaray” “Gənclərbirliyi”nin qonağı olub. Mövsümə yaxşı başlamayan istanbullular autsayderə qalib gələ bilməyiblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası
VII tur
5 oktyabr

“Kasımpaşa” – “Konyaspor” – 1:4
Sari, 45 – Şahiner, 21, Yevtoviç, 45 (pen.), Miya, 45+2, 63 (pen.)


“Göztəpə” – “Kayserispor” – 4:0

Öztürk, 7, Aydoğdu, 42, Napoleoni, 45, 50


“Gənclərbirliyi” – “Qalatasaray” – 0:0

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər