Ru
12:04 / 21 Sentyabr 2020

Qalmaqallı qərar bu tarixdən qüvvəyə minəcək

1614

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin qərarı dərc edildiyi gündən 30 (otuz) gün sonra, yəni 24 sentyabr 2020-ci il tarixindən qüvvəyə minəcək.

“BakuPost” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qeyd olunan ay ərzində Qaydaların 2.1.4-cü yarımbəndinə əsasən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilən mallar üçün nəzərdə tutulmuş güzəştli limit başa çatdığına görə yuxarıda qeyd olunan qərar qüvvəyə mindikdən sonra beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına həmin təqvim ayı ərzində gətirilən mallar ümumi gömrük dəyərindən asılı olmayaraq gömrük ödənişlərinə cəlb olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər