Ru
13:45 / 03 Avqust 2020

"Qanun" şəhid general haqqında kitab hazırladı - PULSUZDUR

3842
Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub.

"BakuPost"un məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat verib.

O bildirib ki, "Polad generalımız" adlı kitabı sabahdan adıçəkilən nəşriyyatdan əldə etmək mümkündür:


"Kitabı 2000 ədəd tam rəngli nəşr etdik. Pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin.

İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.

Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm".

Şərhlər
  • Salam teshebbusunuzu urekden alqishlayiram. Polad Heshimovun komandiri oldugu herbi hissede qulluq etmisem. Generalla bagli gelecek tedqiqatlariniza qoshulmaq isterdim.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər