Ru
16:48 / 11 Avqust 2020

Qanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edildi

1693
Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“BakuPost” xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər