Ru
23:51 / 07 Sentyabr 2020

Qara Qarayev - “Necə oynayacağımızı bilirik”

2519
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək Kiprlə səfər oyunu öncəsi fikirlərini bölüşüb.

AFFA-nın saytı xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyəsində ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə araşdırıb və lazım olan informasiyanı bizə verib”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər