Ru
22:06 / 25 Aprel 2019

Qarabağ döyüşlərində itkin düşən şəxsin 25 il sonra məzarı tapıldı

3672
Qarabağ
döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakini İlqar
Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.   BakuPost.az
"Report”a
istinadən xəbər verir ki, Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ
savaşında itkin düşmüş şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd
qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir. Rayonun axundu
Adıgözəl Bəşirovla əlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32
naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7
şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların
şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna
aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan
şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar
Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.   Şəhidin atası
Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun
məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün
köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala
Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur
Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli
kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam
saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun
Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.   Qeyd edək ki, İlqar Nəcəfov
1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən
döyüşlərdə itkin düşmüşmüşdü.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər