Ru
23:35 / 23 Avqust 2019

“Qarabağ” – “Linfild” matçının hakimləri açıqlanıb

3992
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – "Linfild” matçının hakimləri açıqlanıb. BakuPost-un APA-ya istinadən məlumatına görə, Azərbaycan və Şimali İrlandiya çempionlarının qarşılaşması rusiyalılara tapşırılıb. Sergey İvanov baş hakim, Roman Usaçov və Valeri Dançenko köməkçi hakimlər olacaq. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Avqustun 29-da keçiriləcək matçın hakim-inspektoru lüksemburqlu Alan Hamer, UEFA nümayəndəsi sloveniyalı Marko Simeunoviç olacaq. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qeyd edək ki, ilk oyunda "Linfild” 3:2 hesabı ilə qalib gəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər