Ru
10:43 / 20 May 2019

Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər - FOTOLAR

2791
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Samsunq şəhərində olan Qarabağ qaziləri və Birliyin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Bu barədə Birliyin rəhbəri Emin Həsənli musavat.com-a məlumat verib.


Emin Həsənli deyib ki, rəhbərlik etdiyi təşkilatın təmsilçiləri və Qarabağ qaziləri Atatürkü anma, gənclik və idman bayramı münasibəti ilə Türkiyədə səfərdədir: "Böyük Atatürk tərəfindən Qurtuluş savaşının 19 may 1919-cu ildə SAMSUNdan başladılmasının 100 illiyini qeyd edən Türkiyənin ən əziz qonaqları sırasında Qarabağ qaziləri də var. Burada qazilərimizə yüksək diqqəti görürük. Türkiyə prezidenti Tayyib Ərdoğanla görüş də bu yüksək diqqətin nəticəsidir. Görüş isti keçdi, Türkiyə prezidentinə təşkilatımız və qazilərimiz haqda məlumat verdik, simvolik hədiyyələr təqdim etdik. Səfərimiz davam edir".


Emin Həsənli müxbirimizə deyib ki, o, Samsunun Cümhuriyyət meydanında, Bayram tədbirində  Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi çıxış da edib.
Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər  - FOTOLAR
Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər  - FOTOLAR
Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər  - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər