Ru
09:41 / 05 Noyabr 2019

"Qarabağ" APOEL-lə azarkeşsiz mübarizə aparacaq

2266
"Qarabağ" komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.

"SigmaLive" nəşrinin yazdığına görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı üstün tutub. Klub mümkün gərginliyə risk etməmək üçün bu addımı atıb.


Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər