Ru
08:53 / 12 Dekabr 2019

"Qarabağ" bu gün "Düdelanj"la qarşılaşacaq

1674
Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.

BakuPost xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.

E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəm daşıyır. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xal qabaqlayır.

Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

21:55. “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

Baş hakim: Kristo Tohver

Yan xətt hakimləri: Silver Koiv və Sten Klaasen

Dördüncü hakim: Juri Frişer (Estoniya)

Hakim-inspektor: Nikolay İvanov (Rusiya)

UEFA nümayəndəsi: Sergey Lisnik

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər