Ru
15:48 / 18 Noyabr 2019

“Qarabağ”-“Düdelanj” matçının biletləri satışa çıxarılır

1597
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılıb.

BakuPost xəbər verir ki, biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 manatdır.


Biletlərin satış məntəqələri aşağıdakılardır:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)

Qeyd edək ki, “Düdelanj”la oyun 12 dekabr keçiriləcək. Matça yerli vaxtla 21:55-də start veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər