Ru
00:26 / 03 Mart 2021

Qarabağ ermənilərinin pasportuna Azərbaycan yazıldı FOTO

3020
Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri olaraq “Azərbaycan” yazılmağa başlanılıb.

"BakuPost" xəbər verir ki, bu barədə İrəvanın Ağsaqqallar Şurasının üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

Dostuna verilən yeni vəsiqənin fotosunu “Facebook”da paylaşan Karapetyan yazıb:

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan bildirib ki, əgər şəxs keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır”.
Şərhlər
  • Rustəm İbrahimov

    ????Bəlkə ssr dövründə burda anadan olanlardır təvəllüdü yoxdur bunun

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər