Ru
21:15 / 06 Dekabr 2019

"Qarabağ" ilin son matçında heç-heçə edib

1993
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib.

BakuPost-un
məlumatına görə, ikinci dövrənin axırıncı həftəsinin açılış matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Dani Kintana fərqlənsə də, 40-cı dəqiqədə Hacıağa Hacılı topu öz qapılarından keçirib. Bundan 5 dəqiqə sonra Mahir Emreli yenidən Ağdam təmsilçisini önə çıxarıb.

Fasilədən qayıdandan 2 dəqiqə sonra Tural Bayramlı hesabda tarazılıq yaradıb və yekun nəticəni müəyyənləşdirib - 2:2.

Bu heç-heçədən sonra "Qarabağ" xalını 31-ə, "Keşlə" isə 23-ə çatdırıb.

Qeyd edək ki, tura dekabrın 8-də keçiriləcək "Sumqayıt" - "Qəbələ", "Zirə" - "Səbail" və "Sabah" - "Neftçi" oyunları ilə yekun vurulacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər