Ru
21:41 / 03 Oktyabr 2019

“Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılması unikal imkandır” - XİN rəhbəri

1739
“Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmasa da, tərəflər Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Serbiya və Kosovo arasında da danışıqlar gedir. Niyə də olmasın? Bu cür danışıqlar çətin vəziyyəti nəzərə alaraq unikal imkandır”.


BakuPost-un
“Report”a istinadən məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani rusiyalı həmkarı Sergey Lavrovla bu yaxınlarda keçirdiyi görüş barədə jurnalistlərə danışarkən bildirib.


Onun sözlərinə görə, BMT çərçivəsində bütün ölkələr, hətta diplomatik münasibətləri olmayan ölkələrin nümayəndələri belə bir-biri ilə danışır.


XİN başçısı rusiyalı həmkarı ilə görüş ətrafında bəzi spekulyasiyalara yol verildiyini deyib. O qeyd edib ki, baş tutan görüşdə Gürcüstan və Rusiya arasında danışıqlar formatının dəyişdirilməsi məsələsi müzakirə olunmayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər