"Qarabağ" Qazaxıstan komandasını məğlub edib

  • 22 Yan 2020 20:39
  • 6208 Baxış
 "Qarabağ" Qazaxıstan komandasını məğlub edib


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib.


Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2.