Ru
21:09 / 02 Fevral 2020

"Qarabağ" "Səbail"i məğlub edib

5355
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.


BakuPost
xəbər verir ki, günün ikinci matçında "Səbail" "Qarabağ"ı qəbul edib.

"ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Görüşdəki yeganə qolu 81-ci dəqiqədə Mahir Emreli vurub.

Bu qələbədən sonra Ağdam təmsilçisi 34-cü xalını qazanıb və liderliyini möhkəmləndirib. "Səbail" isə 12 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. İlk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər