Ru
23:56 / 07 Noyabr 2019

“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB

2582
APOEL- “Qarabağ” oyunu yekunlaşdı.

BakuPost-un məlumatına görə, oyun APOEL-in qələbəsi ilə yekunlaşıb. Kipr təmsilçisi oyunun sonlarında qələbə qoluna imza ata bilib: 2:1.

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da 1/16 finala vəsiqəni təmin edib.


***

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL - “Qarabağ” oyununda hesab dəyişib.

BakuPost-un
məlumatına görə, Nikosiyada keçirilən matçın 59-cü dəqiqəsindən ev sahibləri status-kvonu bərpa ediblər. Lukas Souzanın zərbəsi dəqiq alınıb - 1:1.

***

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

BakuPost-un
məlumatına görə, matçın 10-cu dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Maksim Medvedev dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib - 1:0.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər