Ru
14:09 / 10 May 2021

“Qarabağ şikəstəsi” necə yarandı? - VİDEO

11810
Nəzakət Teymurova tərəfindən Xan Şuşinski ilə birlikdə ifa olunan “Qarabağ şikəstəsi” son günlərdə geniş müzakirə olunur. Belə bir ifa dinləyicilər tərəfindən də çox sevilib.

Bəs bu ideya necə yarandı? Belə ifa yenə gözlənilirmi?

Əməkdar artist Əliağa Sədiyev Bakupost.az -a bildirib ki, bütün xanəndələr, hər kəs “Qarabağ şikəstəsi”ni ifa edib:



“Bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev Nəzakət xanım üçün bunu aranjirovka etdi. Qara Qarayev adına Dövlət Kamera orkestri və rəhbərlik etdiyim Xarı bülbül muğam qrupu üçün “Qarabağ şikəstəsi”ni aranjirovka etdik. İlk dəfə Nəzakət xanımla Heydər Əliyev adına sarayda konsertdə 2009-cu ildə bunu təqdim etmişdik. Bundan sonra da bir çox konsertlərdə ifa etdik. Noyabr ayında qələbə qazandıqdan sonra doğurdan da insanın hissləri oyandı, qələbədən sonra sanki hər kəsdə başqa bir sevinc yarandı. Qara Qarayev adına Dövlət Kamera orkestri, tar, kamança, balaban, nağara, Xarı bülbül muğam qrupunun müşayiəti ilə belə bir ifada Xan Şuşinskinin səsi necə olardı deyə, fikrimə gəldi. Nəzakət xanımla Xan Şuşinskinin oxumağını birləşdirsək, səs uyğunluğu necə maraqlı olardı, deyə düşündüm. Nəzakət xanım üçün də Xan Şuşinski ilə virtual duet yarandı. Burada böyük iş tələb olunurdu. Səsyazma studiyasında Xan Şuşinskinin səsini işləmək, təmizləmək, yüksək şəkildə təqdim etməyi öz üzərimə götürdüm. Səs rejissorumuz Vilayət Qəhrəmanzadənin də burada böyük əməyi var. Amma bu işin sırf ideya müəllifi və musiqi tərtibatı mənə aiddir. Harada Xan Şuşinskiyə yer vermək, onların duetini təşkil etmək, ikisinin oxuma tərzini uyğunlaşdırmaq lazım idi. Bunlar hamısı bərabərləşdirilib, dəqiqləşdirilib ortalığa belə bir iş gəldi. Bu bizim qələbəmizə, zəfərimizə, Şuşanın azad olunmasına, Xan Şuşinskinin ruhuna ithaf olunur. İstər musiqiçilər, istərsə də dinləyicilər, tamaşaçılar olsun, hər kəs bunu çox bəyəndi. Düşünürəm ki, işimiz hədər getmədi, insanlarada xoş təsir yaratdı”.

Ə. Sədiyevin sözlərinə görə, yaxın zamanlarda Arif Babayevlə birlikdə də ifa təqdim olunacaq: “İnşallah, Arif Babayevlə birlikdə tezlikdə, klip çəkilişi edəcəyik”.

Aygün Nəbiyeva


Şərhlər
  • Jalə

    Mükemmel????????????????????????????????

  • Jalə

    Məmmədova

  • Nazim Əliyev

    MaşAllah, gözel senetkarımız Eliaga müəllim size eşq olsun

  • Altay Məmmədov

    Super Aliağa müellim. Siz virtuoz senetkarsınız. Tarı hamı çalır. Amma Sizin idealarınız daim sizi başqalarından ferqlendirib. Sizinle fexr edirik

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər