Ru
20:54 / 01 Noyabr 2019

"Qarabağ" və "Neftçi"dən təqdirəlayiq addım

2036
"Qarabağ" və "Neftçi" komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.

BakuPost xəbər verir ki, üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar həmçinin "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.


Qeyd edək ki, "Bakcell Arena"da saat 20:00-da başlayan görüşdə hələlik hesab açılmayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər