Ru
12:37 / 19 Oktyabr 2020

Qarabağa gəlmək istəyən xarici ölkə vətəndaşlarına MÜRACİƏT

1525

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir.

"BakuPost" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanmışdır.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər