12:17 / 12 Oktyabr 2021

Qarabağda bu ixtisaslara ehtiyac yaranacaq - Professor

448
İşğaldan azad olunan ərazilərdə peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki bazasının yaradılması önəmli məsələlərdən biridir.

Bakupost.az xəbər verir ki, bunu Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Ş.Əsgərovun sözlərinə əsasən, bu rayonlarda kənd təsərüfatı və mədənçilik əlverişli olduğu üçün burada peşə təhsili müəssisələrin qurulmasına xüsusi ehtiyac var:

“Əsasən də kənd təsərrüfatı sahəsində bir sıra peşələrin–pambıqçılıq, üzümçülük, maldarlıqla bağlı ixtisaslı kadrların hazırlanmasına üstünlük verilməlidir. Həmçinin mədən sənayesinin inkişafı üçün sənaye məktəblərinin açılması və peşə kurslarının təşkil olunması vacibdir”.

Ş.Əsgərov qeyd edib ki, yaxın gələcəkdə həmin bölgələrdə bu ixtisaslara böyük ehtiyac yaranacaq. Məhz bu səbəbdən təxirəsalınmadan mütəxəssislər hazırlanmalıdır.

Sevinc
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər