Ru
22:26 / 06 Oktyabr 2019

“Qarabağ”dan ardıcıl 7-ci qələbə

3102
Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, ilk dövrəyə VII turun son iki matçı ilə yekun vurulub.

Milli komandaların oyunları ilə əlaqədar yaranan iki həftəlik fasilədən əvvəlki son görüşlər Bakıda baş tutub. Öncə meydana turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Zirə” və “Qəbələ” qarşılaşıb. İkinci hissədə hərəyə bir qol vuran komandalar meydandan bir xalla ayrılıblar.

Son çempion “Qarabağ” autsayderlər qrupunda yer alan “Sabah”la görüşüb. Mövsümün əvvəlki 6 turunda xal itirməyən Ağdam klubu bu görüşdə də qələbə qazanıb. Əyalət klubu 7-ci qələbəsini Maqaye Qeye və Abbas Hüseynovun qolları ilə əldə edib.

Qeyd edək ki, turun ilk oyun günündə “Neftçi” “Səbail”i 2:1 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Keşlə” görüşündə qolsuz bərabərlik qeydə alınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər