Ru
22:10 / 02 Dekabr 2019

"Qarabağ"dan daha bir qələbə

1548
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

BakuPost-un "Report"a istinadən məlumatına görə, sonuncu oyun günündə "Sabah" lider "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.

Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.

Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər