Ru
14:31 / 20 İyul 2020

"Qarabağ”ın məşhur siması getdi

9074
"Qarabağ” futbol klubu daha bir futbolçu ilə yollarını ayırdı.

Klubdan verilən məlumata görə, Araz Abdullayev klubdan ayrılıb. Onun müqaviləsinin müddəti başa çatıb və yeni sözləşmə imzalanmayıb.

"Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

Araz Abdullayev 2006-08-ci illərdə Azərbaycanın U-17, 2008-09-cu illərdə isə U-19 milli komandalarında oynayıb. 2008-2013-cü illərdə Araz Azərbaycanın U-21 millisinin heyətində 8 oyun keçirərək 3 qol vurub. 11 oktyabr 2008-ci il tarixində, Araz Abdullayev Azərbaycan milli futbol komandasının heyətində, Finlandiyaya qarşı oyunda meydana çıxaraq, millimizdə oynamış ən gənc oyunçu olub. Həmin zaman Arazın 16 yaşı var idi. 2013-cü ildən bəri Araz Abdullayev Azərbaycan milli komandasının əsas heyət oyunçusudur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər