17:06 / 13 Sentyabr 2021

Qarabağın mövcud durumu: yenidənqurma və inkişaf yolu - FOTO

631

Qazaxıstan Respublikasının rəsmi dövlət qəzeti «Егемен Қазақстан» (Egemen Qazaqstan) Türk Şurası və iştirakçı dövlətlərin üzvləri və jurnalistlərinin Azərbaycanın düşməndən azad olunmuş torpaqlara səfəri barədə “Qarabağın mövcud durumu: yenidənqurma və inkişaf yolu” adlı geniş məqalə dərc edib.


Qonaqlar bu səfər zamanı Qarabağın bugünkü vəziyyəti ilə və ötən onilliklər ərzində erməni əsarətində qalarkaən burada törədilən vəhşiliklərin şahidi olublar. Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovina, Şimali Makedoniyadan olan 20-dən artıq jurnalist Füzuli, Cəbrayıl, Ağdam, Şuşa və Gəncə şəhərlərinə 3 günlük səfər çərçivəsində, həm də Azərbaycan dövlətinin azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə tanış olublar.


“Egemen Qazaqstan” qəzetinin xüsusi müxbiri Meruet Burkitbayeva, eyni zamanda 2020-ci ilin payızında başlayıb, 44 gün davam edən Vətən müharibəsindən, düşmən üzərində qazandığımız qələbədən yazıb. Məqalədə qeyd olunur ki, qonaqlar ANAMA-nın iştirakı ilə ermənilər tərəfindən basdırılmış minaların partladılması prosesində iştirak ediblər. Bu günə qədər erməni tərəfindən alınan qeyri-dəqiq xəritələrin əsasında və öz axtarışları nəticəsində zərərsizləşdirilən minalı sahələr barədə məlumat verilib.

“Həm dəqiqə hisss olunur ki, ərazilərin rekosntruksiyası yolların inşası və yenidənqurulması ilə başlayır. Yolları isə minalardan və dağıntılardan hərbçilər təmziləyirlər. Bu işin əvvəlidir, sonra isə burada insanların yenidən köçüb yaşaması üçün hər cür şərait yaradılacaq. Həyat sönən yerlərə yenidən həyat qayıdacaq” - yazan müəllif, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qısa bir zaman çərçivəsində istifadəyə verilən “Qarabağın hava qapısı” Füzuli aeroportundakı təssüratlarını da qeyd edir. Və bildirir ki, azərbaycanlılar inanırlar ki, buralar yenə yerli camaatın və qonaqların üzünə açıq olacaq.

Məqalədə qonaqların Füzuli aeroportundan Azərbaycanın Mədəniyyət Mərkəzi Şuşa şəhərinə yol aldıqlarını, bu ərazilərdə ciddi hərbi rejimin olduğunu qeyd olunur. Məqalədən sitat: “ Qarabağın ətəyindən uzanan yol dəniz səviyyəsindən 1368 metr yüksəkdə yerləşən Şuşa qalasına gedir. Şuşa bir başqa aləmdir. Bizi əvvəlcə Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa deklarasiyasını imzaladıqları meydana apardılar. Çox qürurvericidir. Biz burada Karvan saray və Xan sarayı kimi tarixi və mədəni abidələrlə tanış olduq. Bizə dedilər ki, Şuşanın tarixi görünüşünü yenə özünə qaytaracaqlar. Burada bir daha əmin olduq ki, Şuşa həqiqətən də turizm mərkəzi olmağa layiq bir diyardır. Özünün tarixi-mədəni görkəmi və təbiətin bəxş etdiyi gözəlliyi ilə Şuşa Azərbaycanın simvoludur. Ona görə də yerli adamlar şəhəri “Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi adlandırırlar”.

Məqalədə, XVIII əsrdə düşmənlərdən qorunmaq üçün Qarabağ xanı tərəfindən inşa olunan Şuşa qalası ilə də tanışlıqdan məmnun qaldıqları qeyd olunur. Sən demə, qazax dilində “Şuşa” sözü “təmiz hava” kimi tərcümə olunurmuş.



Məqalədə müəllifi qonaqların qədim Gəncə şəhərində 44 günlük savaş zamanı ermənilərin dinc əhaliyə atdıqları bombaların partlaması nəticəsində baş verən dağıntıları gördükləri, 20 nəfər dinc sakinin həlak olduğu da qeyd edib.
Ağdam rayonundakı təəssüratları isə Azərbaycan Prezidentinin Ağdamdakı xüsusi nümayəndəsi Emin Hüseynovun məlumatları əsasında qələmə alıblar. “Siz şəhərdə geniş yenidənqurma işlərinin aparıldığının şahidisiniz. Biz yerli və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edirik”. Prezidentin xüsusi nümayəndəsinin regionda böyük işlər görüldüyü və Ağdamın ölkənin müasir şəhərlərindən birinə çevriləcəyi barədə də söz açdığı bildirilir: "Biz istəyirik ki, Qarabağı, o cümlədən də Ağdamı cənnətə çevirək. Şəhərin əhalisinin sayı 100 minə yaxındır. Onun coğrafiyası da bu saya uyğun iki dəfə dəyişəcək. Ağdamın özünün ərasizi 1,5 min hektardır. Azərbaycanın ən böyk 4-cü şəhərinə çevriləcək”.

Meruert Burkitbayevanın “Egemen Qazaqstan” qəzetində çıxan məqaləsi həm də bu gün Türk Şurası üzvlərinin və jurnalistlərinin bizim haqq işimizə verdikləri dəyər və sevgidir.

Meruert Burkitbayevanın yazdığı məqalə ilə bu linkdən tanış ola bilərsiniz:

https://egemen.kz/article/288629-qarabaqtynh-bugingi-kelbeti-qayta-damu-men-dganhghyru-dgoly?fbclid=IwAR3vCQ3Lm7blKFixPYANb0I10t8X0RJZd4G7YQkDqLpByed_AfNkm873ZWo

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər