Ru
12:37 / 02 Noyabr 2025

Qaradağdakı əməliyyatda daha bir vəzifəli HƏBS EDİLDİ

Qaradağdakı əməliyyatda daha bir vəzifəli HƏBS EDİLDİ
Eye

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar