Ru
00:28 / 17 Fevral 2019

Qaradağlı faciəsindən 27 il ötür

4104
Ermənilərin Azərbaycanın
Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür.BakuPost-un məlumatına görə, Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində
ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. Erməni
işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan bu kənd 1992-ci il
fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata
keçirilib. 27 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr
200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata
keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, azərbaycanlılara bəslədikləri
nifrətin nəticəsi idi.   Belə ki, Qaradağlı kəndi
Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil
yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni
separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də
faciəli günləri başlanıb. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma
yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə
qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. 1990-cı il noyabrın 24-də 3 nəfər kənd
sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən
vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı
avtomaşın ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülüb, 4 nəfər
yaralanıb. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər
1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər.
Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3
qadın diri-diri yandırılıb. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn
sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni
quldurları tərəfindən atəşə tutulub. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2
oğlan, 6 qadın həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha
bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən
qənimət kimi aparılıb. 1991-ci il dekabrın
19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi
işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə
çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.   1992-ci il fevral
ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən
sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə
əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər.
Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə
aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Silah–sursatı tükənən
soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri
başlanıb.   Kəndin Bəylik bağı
adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti
yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi
Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan
düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində
öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr
verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid
olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər