Ru
22:38 / 07 Dekabr 2021

Qardaş ölkədə daha 198 nəfər koronadan öldü

2199
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 317 nəfərin test edildiyi, 22 687 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 366 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 160 790 peyvənd tətbiq edilib ki, bunun 90,90 faizi birinci, 81,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər