Ru
17:57 / 30 Noyabr 2021

“Qardaşlarımızın başı sağ olsun” - Binəli Yıldırım

1239
Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bakupost.az xəbər verir ki, siyasətçi bununla bağlı tviterdə paylaşım edib.

“Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında həlak olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm. Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - paylaşımda bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər