Ru
15:14 / 09 Fevral 2020

Qarğa qadını "qarət etdi" - FOTO / VİDEO

3714
Türkiyədə maraqlı hadisə qeydə alınıb.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Marmarayda qadın sərnişin "İstanbul kart"a pul yükləmək üçün əsginazı ödəniş terminalına yerləşdirib. Bu zaman bir qarğa ona yaxınlaşaraq paltarının ətəyini dimdikləyib.


Nəticədə qadın qorxaraq kənara çəkilib. Qarğa isə aparata yaxınlaşaraq kağız pulu götürüb. Qadın "quş pulumu apardı" deyərək onun ardınca qaçsa da, qarğa bir müddət sonra gözdən itib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər