Ru
10:53 / 24 Fevral 2021

Qarlı havada 30-a yaxın avtomobil toqquşdu - VİDEO

2673
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri ərazisində indiyədək maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə magistral yollarda vəziyyətin daha da pis olduğu bildirilir. Qeyd olunur ki, Bakı-Qazax-Ələt yolunda 30-a yaxın avtomobil toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər