Ru
22:04 / 02 Dekabr 2019

Qaxda 30 yaşlı qadın itkin düşdü - FOTO

2193
Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

BakuPost
APA-ya istinadən xəbər verir ki, bu barədə "Report"a B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib.


B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

Yaxınları B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət ediblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər