Ru
16:36 / 17 Sentyabr 2019

Qaxda yol qəzası - 5 yaralı - YENİLƏNİB

2282

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.


Bu gün saat 14 radələrində Qaxın Qaratala kəndində yol qəzası baş verib. Kənddən mərkəzi yola çıxan Jiquli markalı avtomobil digər eyni markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralananlardan ikisi hadisə yerində tibbi yardım aldıqdan sonra evə buraxılıblar, digər 3 nəfər isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlar Qax sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Taleh Elman oğlu, 1987-ci il təvəllüdlü Nəzirova Səidə Kamal qızı və 2002-ci il təvəllüdlü İbrahimli Bəhlul Vahid oğludur.


Xəstəxanadan bildirilib ki, T.Süleymanlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfər isə cərrahiyyə şöbəsindədir.

***

Qaxda rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.



Bu barədə BakuPost-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə nəticəsində xəsarət alan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda yaralıların müalicəsi davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər