Ru
11:02 / 28 Aprel 2021

Qayınana gəlinini döydü - VİDEO

2033
Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınananın gəlini döyməsi ilə bağlı videogörüntü yayılıb.

Bakupost.az -ın xəbərinə görə, kənd icra nümayəndəsi Raifə Məmmədzadə “Qafqazinfo”ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır: “Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb: “Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər