Qaynının ürəyinə bıçaq soxdu - AĞIR CƏZA

474
 
Yeznəsini vəhşicəsinə öldürməkdə ittiham edilən Samir Ağakişiyevin məhkəməsi yekunlaşıb.

Bakupost.az-ın məumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin hökmü ilə S. Ağakişiyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.
 
Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, qaynını münasibətlərinə aydınlıq gətirərkən öldürüb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər