Ru
00:32 / 23 Aprel 2019

Qazaxda qətlə yetirilən tələbə olub - Yenilənib

3331
Qazax rayonunun Çaylı kəndində qətl
hadisəsi baş verib.

 

BakuPost.az "Report"a istinadən xəbər verir ki, 1999-cu
il təvəllüdlü yerli sakin Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev
Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib. Qazax
Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax
rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayevə
təqribən 25-30 manat pul borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə,
M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə
səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir
zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda
araşdırma aparılır.  

 

 

***

 

Qazax rayonunda
qətl hadisəsi baş verib.
  BakuPost.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   Faktla bağlı
araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər