Ru
20:20 / 17 Noyabr 2019

Qazaxda minik və yük avtomobilləri toqquşdu: xəsarət alanlar var

1578
Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"QAZ-53" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər