Qazaxıstan paytaxtının adı dəyişdi - Astana Nursultan oldu

668
Qazaxıstan parlamenti ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan adlandırılması barədə qərar verib. 

BakuPost xəbər verir ki, parlament Senatının 43, Məclisin 103 deputatı təşəbbüsün lehinə səs verib.

Qeyd edək ki, bu təkliflə bu gün parlamentin sabiq sədri, hazırda Qazaxıstan prezidenti vəzifəsinin səlahiyyətlərini icra edən Qasım-Comərd Tokayev çıxış etmişdi. O, dünən prezident postundan istefa vermiş Nursultan Nazarbayevin şərəfinə şəhərin adının bundan sonra Nursultan adlandırılmasını məqsədəuyğun saymışdıq.

Xatırladaq ki, Astana şəhərinin paytaxt edilməsi və son 20 ildə azı 10 dəfə böyüməsi Nazarbayevin adıyla bağlıdır.

Bundan əvəvl şəhərin adı dəfələrlə dəyişdirilib. Astana Selinoqrad, Akmolinsk, Akmol kimi adlar daşıyıb. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər