Daha bir qazimiz intihar etdi: Gecə-gündüz döyüşdən danışırmış...
Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.
Bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.
Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.
"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.
Faktla bağlı araşdırma aparılır.