Ru
20:23 / 28 Sentyabr 2019

"Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub oldu

2558
Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.


BakuPost-un
"Report"a istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.

İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıb. 60-cı dəqiqədə Tural Axundov hesabı açıb. 72-ci dəqiqədə Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz keçmiş komandasını məyus edib.


Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xala malik "Qəbələ" isə 7-cidir.


Azərbaycan Premyer Liqası VI tur


“Qəbələ” – “Neftçi” - 0:3



Qeyd edək ki, tura "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər