Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb edildi

  • 23 Avq 2019 20:24
  • 549 Baxış
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb edildi
Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.



Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.