Ru
16:32 / 04 Dekabr 2021

Qəbiristanlıq gözətçisini bıçaqladılar

1213
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Xəzər rayonun Şağan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi - qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirib.

Dərhal Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Məlumata görə, xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.

Xəzər RPİ-nin tərəfindən araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər